Əsas məzmuna keç

Bugündən ölkədə "Təmiz hava" aylığı başlayıb, DYP sürücülərə müraciət edib

Bugündən ölkədə "Təmiz hava" aylığı başlayıb, DYP sürücülərə müraciət edib

Bugündən ölkədə "Təmiz hava" aylığı başlayıb, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil...

Bugündən ölkədə " hava" aylığı başlayıb, Baş Dövlət İdarəsi sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

"May ayının 1-dən iyun ayının 1-dək Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığına start verib. "Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının vasitələrinin qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…