“Bu zərurətin yaranmasının səbəbi Rusiya sülhməramlı qüvvələrin oradakı missiyasına laqeyd yanaşması” - EKSPERT

“Bu zərurətin yaranmasının səbəbi Rusiya sülhməramlı qüvvələrin oradakı missiyasına laqeyd yanaşması” - EKSPERT
31.03.2023 09:20
Aa
dəq

Azərbaycan ordusu mütəmmadi olaraq maraqlarını qorumaq üçün istər Ermənistan sərhəddində, istərsə də Rusiyanın sülhməramlı qüvvələrinin müvvəqqəti yerləşən ərazilərində mövqeləri yaranmış vəziyyətə görə daima təkminləşdirirlər və bununla bağlı zəruri tədbirlər həyata keçirirlər.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyi, regionda stabilliyə qarşı çıxan qüvvələrin aktivliyi, Ermənistanın sülh müqaviləsinin vaxtını uzatması Azərbaycanı əlavə tədbirlər görməyə məcbur edir.

“Bu tədbirlərdən biri, son zamanlarda torpaq yollarından istifadə edərək Laçın dəhlizinə daxil olan qeyri-humanitar yüklərin, hərbi sursatın daşınması ilə bağlı dəfələrlə Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələri adı ilə bağlı siqnalları versə də, təəssüflər olsun ki, onlar buna laqeyd yanaşmışdır. Torpaq yollar yəni, qar örtüyü çəkildikcə artıq Laçın dəhlizinə girən yolları işlək vəziyyətə gətirərək separatçıların onu hərbi təyinatlı yüklərin, şəxsi heyətin daşınması ilə istifadə etməsi haqqında məlumatlar var idi. Hətta bunun qarşısını almağa çalışanda biz şəhid də verdik.

Azərbaycan ordusu qar örtüyü çəkildikcə, yollar qar örtüyündən azad olduqca yol şəbəkəsinin daha da geniş istifadəsini nəzərdə tutaraq əməliyyat keçirib.

Yolları lokal nəzarətə almaq üçün yüksəklikləri əldə edərək nəzarəti təmin etmişdir”.

Ekspert bildirib ki, bu nəzarət Azərbaycan ordusuna Laçın dəhlizində olan digər yolları tam şəkildə nəzarətə almağa və burada müəyyən lokal nəzarət mexanizmi yaradaraq gedən yüklərin keçirilməsi ilə bağlı məlumat əldə edib lazımi tədbirlər görə bilməyə imkan verir.

“Bu zərurətin yaranmasının səbəbi Rusiya sülhməramlı qüvvələrin oradakı missiyasına laqeyd yanaşması, bəzən pul müqabilində erməni separatçıları ilə əlbir olaraq bu yolların istifadəsinə şərait yaratmasıdır.  Son zamanlar orada olan qanunsuz silahlı dəstələrin saylarının artırması halı bizə məlumdur.

Vaxtilə 5-6 min deyirdiksə, indi bəzi məlumatlara görə 8-10 min rəqəmləri səsləndirilir. Bu onu göstərir ki, Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin nəyinki tərksilah edilməsi və Azərbaycandan qovulması, əksinə onların sayının, döyüş silah-sursatının gətirilməsinin artırılması faktları ilə üz-üzə durmuşuq.

Buna görə bunları nəzərə alaraq digər tədbirlərlə bərabər Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev aydın şəkildə mesajını verərək istər Ermənistan hərbi-siyasi rəhbərliyi, istər revonşistlər tərəfindən, istər onların havadarları tərəfindən, istər daxildə, istərsə də xaricdə Azərbaycan maraqlarına təhlükə yaradan addımlar atılarsa, Azərbaycan dərhal adekvat cavab verəcəkdir”.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu