Əsas məzmuna keç

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb...

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi tibb məntəqələrində yeni növ (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyulun 1-dən oktyabradək uzadılıb.

Daha bir qərarla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti də oktyabrın 1-dək uzadılıb.

Xatırladaq ki, bundan əvvəlki müddət iyulun 1-i təyin edilmişdi.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…