“Bu tarix, Zəfərə aparan yoldur”-ŞƏRH

“Bu tarix, Zəfərə aparan yoldur”-ŞƏRH
17.11.2023 23:05
Aa
dəq

1988-ci ilin noyabrın 17-dən başlayaraq Bakı şəhərinin əsas baş meydanı olan Azadlıq meydanında Azərbaycan xalqının bütün təbəqəsindən olan insanları ayağa qalxaraq Azadlıq meydanına axın etdilər. Bu hərəkatda öncəliyi Azərbaycan ali məktəblərinin tələbələri və müəllimləri təmsil edirdi. Azərbaycanda milli azadlıq hərəkatının başlanğıcı qoyulmuş oldu. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev bildirib.

1988-ci il noyabr ayının 17-dən başlanan çox milyonluq mitinqdə Azərbaycan SSRİ hökuməti qarşısında 5 bənddən ibarət tələblər irəli sürüldü. Bu tələblərin ümumi məğzi ondan ibarət idi ki, Dağlıq Qarabağ ərazisində dərhal separatist hərəkatlar dayandırılmalı, onların təşkilatçıları cəzalandırılmalı, Ermənistan SSRİ-nin bu məsələdə tutduğu mövqeyinə görə Ermənistan SSRİ-yə qarşı da hər hansı ciddi hüquqi, siyasi, iqtisadi tədbirlərin görülməsi tələb olunurdu. 

Ən nəhayət Azərbaycanda Azadlıq hərəkatına əsas səbəb olan Topxana meşəsinin qırılması, orada ermənilərin törətdiyi özbaşınalıqlara qarşı Azərbaycan hökuməti qarşısında ciddi tədbirlərin görülməsi tələb olunurdu. Azərbaycan ərazisində separatizmin qarşısını almaq üçün SSRİ rəhbərliyi qarşısında tələblərin qoyulması bu istiqamətdə SSRİ ali sovetində təmsil olunan Azərbaycan SSRİ-nin 63 nəfərlik deputat qarşısında tələblər irəli sürüldü. SSRİ ali sovetinin sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılması və bununla bağlı ciddi qərarların qəbul olunmasına nail olmaq tələbi irəli sürüldü. 

Hadisələrin bu şəkildə davam etməsinə baxmayaraq, nə SSRİ rəhbərliyi, nə də Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi heç bir ciddi əsaslı tədbir görmədi. Bu isə Azərbaycanda davamlı və fasiləsiz çoxmilyonlu mitinqin keçirilməsinə səbəb oldu. 

1988-ci ilin noyabr ayının 17-də başlanan ümumxalq hərəkatı Azərbaycanın digər regionlarındə da öz təsirini göstərməyə başladı. Xüsusən Azərbaycanın mühüm strateji sənaye şəhərləri olan Naxçıvanda, Gəncədə, Sumqayıtda, Lənkəranda və digər regionlarında yaranmış vəziyyətlə bağlı davamlı mitinqlər özünü göstərirdi. 

Bu proses başlanan ümumxalq hərəkatı, milli azadlıq hərəkatı noyabr ayının 17-dən başlanan proses bir çox regionlarda hətta hökumət orqanları ilə əhali arasında ciddi qarşıdurmaya gətirib çıxarmışdı. 

1988-ci ilin noyabr ayının 22-də Gəncədə xalq kütləsi ilə hökumət orqanları arasında qarşıdurmada təqribən 160 nəfər ayağından yaralanmışdır. Eyni zamanda Naxçıvanda və digər şəhərlərdə də ciddi qarşıdurmalar müşahidə olunurdu. Bununla əlaqədar olaraq SSRİ rəhbərliyi Azərbaycanın bir çox şəhərlərində Bakı, Gəncə, Naxçıvan, Lənkəran və bəzi regionlarında fövqəladə vəziyyətin elan olunması, komendant saatının tətbiq edilməsi ilə bağlı qərar layihəsi hazırlamışdı. 

Digər tərəfdən də Azərbaycan hökuməti qarşısında mərkəzi Moskva hökuməti bir çox ciddi tələblər qoymuşdu ki, əhali Azadlıq meydanının boşaltmalı və başlanmış bu proses dayandırılmalıdır. Ancaq meydanda proseslər əksinə başqa istiqamətdə gedirdi. Azərbaycanın SSRİ-nin tərkibindən çıxması tələbləri irəli sürülürdü. Bunun bariz nümunəsi kimi 1988-ci il noyabr ayının 19-da meydana 1918-20-ci illər Xalq Cümhuriyyəti dövründə Azərbaycanın üçrəngli bayrağının meydana gətirilməsi SSRİ rəhbərliyini daha da qıcıqlandırmışdı. 

Eyni zamanda Azərbaycan SSRİ-nin tərkibindən çıxması, Azərbaycanda siyasi sabitliyin bərpa edilməsi istiqamətində Azərbaycan kommunist hökumətinin istefa verməsi tələbləri irəli sürülürdü. Xüsusən də Moskva tərəfindən göndərilmiş Moskvanın inhisarı olan Əbdürrəhman Vəzirovun yeritdiyi yarıtmaz siyasəti nəticəsi olaraq Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan xalqını daha da hiddətləndirmişdir.

Mərkəzi Moskva hökuməti vəziyyətin nəzarətdən çıxmaması üçün Azərbaycanda milli azadlıq hərəkatının boğmamaq üçün artıq Azərbaycan xalqına qarşı hərbi güc tətbiq etmək haqqında düşünürdü. Buna da artıq hökumət qərar vermişdi. 

1988-ci il dekabr ayının 3-dən 4-nə keçən gecə sovet hüquq mühafizə orqanlarının təşkil etdiyi hərbi birləşmələr azadlıq meydanına daxil olaraq dinc əhaliyə qarşı silah işlətməklə meydanı boşaltmışdı. 

Bütün bunlara baxmayaraq, ondan sonrakı mərhələdə, yəni, dekabrın sonlarına doğru Azərbaycanda artıq başlanmış Milli azadlıq hərəkatı özünün yeni mərhələsinə daxil oldu. 

Proseslərin sonrakı gedişi o zaman SSRİ ilə İran arasındakı sərhədlərin dağıdılması və Cənubi Azərbaycanla Şimali Azərbaycan əhalisi arasında ünsiyyət körpüsünün yaradılması, bir çox regionlarda Azərbaycan sovet orqanlarının devrilməsi yerli özünüidarəetmə orqanlarının yaranması, onu göstərirdi ki, Azadlıq hərəkatı yeni mərhələyə daxil olub. Bu proseslər sonrakı mərhələdə artıq daha geniş vüsət aldı. Ancaq çox təəssüf ki, o zaman Azərbaycan SSRİ-yə rəhbərlik edən şəxslər, o cümlədən də Milli azadlıq hərəkatına rəhbərlik edən bir çox milli təfəkkürlü insanların öz şəxsi maraqları üzərindən  çıxış etməsi hərəkatın sonrakı gedişatında müəyən qüsurların ortaya çıxmasına gətirib çıxardı. Ancaq bütün bunlara baxmayaraq, 17 Noyabr Milli Dirçəliş günü Azərbaycanda milli ictimai şüurun formalaşması prosesinin başlanğıcı hesab edilir.

 O proseslərin ən bariz nümunəsini isə 2020-ci ilin sentyabr, noyabr aylarında həyata keçirilmiş vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü təmin etməsinə və eyni zamanda 2023-cü il sentyabr ayının 19-da antiterror əməliyyatları nəticəsində "Dağlıq Qarabağ" ərazisindəki qanunsuz silahlı birləşmələrdən təmizlənməsi ilə nəticələndi ki, bu da son 200 illik tarixdə nəinki Azərbaycan, Cənubi Qafqaz üçün yeni bir situasiyanın yaranmasına gətirib çıxardı. 

Eyni zamanda Azərbaycan müsəlman türk torpaqları hesabına Ermənistan dövlətinin yaradılması prisidenti aradan qaldırıldı. Artıq Cənubi Qafqaza köç etmiş erməni xalqı üçün yaşamasının yolunun sülh və əmin-amanlıq şəraitində Azərbaycanla birgə yaşamaq anlayışının yaranmasına gətirib çıxardı. Bu tarix əbədidir, unudulmazdır və Azərbaycanı yeni zəfərlərə aparan yoldur.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu