Operativ Məlumat Mərkəzi

Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib

1 dəq
Paylaş:
Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib. "Operativ Məlumat Mərkəzi-OMM" bu...

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə BELTA-ya istinadən xəbər verir.

“Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, - A.Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, bu iş çox vaxt, böyük əmək tələb edəcək və Belarus bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazırdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər