Əsas məzmuna keç

Bu ölkədə son 14 ilin ən isti iyul ayı yaşanıb

Bu ölkədə son 14 ilin ən isti iyul ayı yaşanıb

Bu il Yunanıstanda 2010-cu ildən bəri ən isti iyul ayı yaşanıb. Bu haqda Yunanıstan Meteorologiya Xidməti məlumat yayıb. Xidmətin 2010-cu ildən bəri...

Bu il Yunanıstanda 2010-cu ildən bəri ən isti iyul ayı yaşanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Meteorologiya Xidməti məlumat yayıb.

Xidmətin 2010-cu ildən bəri apardığı müşahidələri qiymətləndirən hesabatına görə, bu ilin iyul ayında orta temperatur 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Son 14 ilin ən isti iyul ayının bu il yaşandığı ölkədə 31 günün 23-ü normaların üstündə olub.

İyul ayında Kritdə havanın temperaturu mövsümi normalardan 2,8 dərəcə yüksək olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə orta hesabla 1,9 dərəcə olub.

Keçən ay rekord temperatur və aşağı rütubətin müşahidə edildiyi Yunanıstanda çoxsaylı yanğınları baş verib.

İyulun 15-31-də ölkədə baş verən 7 böyük meşə yanğınında 470 min hektar meşə sahəsi kül olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…