Əsas məzmuna keç

Bu ölkədə də fermerlər traktorları ilə yolları bağlayıblar

Bu ölkədə də fermerlər traktorları ilə yolları bağlayıblar

bu barədə xarici KİV məlumat verib. Fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona,...

Avropanın bir çox ölkəsində davam edən etirazlara ispan fermerlər ölkə daxilində traktorları ilə yol blokadası təşkil ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona, Lleida və Madrid kimi bir çox şəhərlərində magistral yollara çıxıb, traktorları ilə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

Fermerlərin etiraz aksiyaları dinc xarakter daşısa da, ölkə daxilində mühüm magistral yollarda nəqliyyatın hərəkətinin dayandırıldığı müşahidə edilib.

Rəsmilər etirazların səbəbinin AB-nin kənd təsərrüfatı siyasətlərində , Aİ üzvü olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və sərt nəzarət, quraqlıq probleminə qarşı yardımın artırılması, qida zəncirinə nəzarətin və tarlalardan bazarlara qədər qanunların gücləndirilməsi, fermerlərin sığorta hüquqlarının genişləndirilməsi olduğunu qeyd ediblər.

Xatırladaq ki, etirazları Fransada yaranaraq digər ölkələrə sirayət edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…