Əsas məzmuna keç

Bu ölkədə 13–15 yaş arasındakı gənclərə sosial media hesablarının bağlanacağına dair bildirişlər göndərildi

Bu ölkədə 13–15 yaş arasındakı gənclərə sosial media hesablarının bağlanacağına dair bildirişlər göndərildi

"", "" və "" platformalarında 13–15 yaş arasındakı avstraliyalı gənclərə hesablarının bağlanacağına dair bildirişlər göndərilməyə başlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, üç platformanın sahibi olan "Meta" 4 dekabrdan etibarən hesabların deaktiv ediləcəyini açıqlayıb.

Avstraliyanın 16 yaşdan kiçiklərə yönəlik qadağası 10 dekabrda qüvvəyə minəcək.

Qadağa "TikTok", "YouTube", "X" və "Reddit" kimi digər platformaları da əhatə edir.

Avstraliyanın internet nəzarət qurumu ölkədə 13–15 yaş qrupunda təxminən 150 min "Facebook" və 350 min "Instagram" istifadəçisi olduğunu hesab edir.

4 dekabrdan sonra 16 yaşdan aşağı şəxslərin yeni hesab yaratması da qadağan ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…