Operativ Məlumat Mərkəzi

Bu ilin altı ayında 21 bağça müdiri işdən çıxarılıb - EKSKLÜZİV

1 dəq
Paylaş:
Bu ilin altı ayında 21 bağça müdiri işdən çıxarılıb - EKSKLÜZİV
Bu ilin altı ayı ərzində (1 yanvar-30 iyun) keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib. Bu barədə "Operativ Məlumat...

Bu ilin altı ayı ərzində (1 yanvar-30 iyun) keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, həmin müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət alan müdirlərin sayı 86 olub.

“Eyni zamanda son altı ayda bağçalara 41 müdir təyinatı olub. Hazırda müdir vəzifəsi üçün 246 yer vakantdır”,- məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər