Əsas məzmuna keç

"Bu, hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir"

"Bu, hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir"

Ağ Ev Müxbirlər Assosiasiyası (WHCA) "Associated Press" (AP), "Bloomberg News" və "Reuters" xəbər agentliklərinin jurnalistlərinin ABŞ prezidenti Donald...

Ağ Ev Müxbirlər Assosiasiyası (WHCA) " Press" (AP), " News" və "Reuters" xəbər agentliklərinin jurnalistlərinin ABŞ prezidenti Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün təyyarəsinə buraxılmamasına reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

WHCA-nın bəyanatında deyilir ki, AP, "Bloomberg" və "Reuters" müxbirlərinin Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün prezidentin "Air Force One" təyyarəsinə minməsinə icazə verilməyib və bu, narahatlıq doğurur.

"Onların xəbərləri hər gün dünyada minlərlə media orqanına və milyonlarla oxucuya sürətlə yayılır və hər kəsin prezidentlə bağlı hadisələrə bərabər çıxışı təmin edilir. Bu dəyişiklik öz ölkəsinin liderinin nə etdiyini dərhal bilməyə layiq olan hər bir vətəndaşına qarşı ədalətsizlikdir", - bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…