Bu gün peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahanın I mərhələsi keçiriləcək

Bu gün peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahanın I mərhələsi keçiriləcək
07.05.2023 07:05
Aa
dəq

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 005 (KOSS -313, MHBS-411, İSMUBS-281) nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 104 nəzarətçi‑müəllim, 12 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

Həftənin ən çox oxunanları

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu