Operativ Məlumat Mərkəzi

Bu gün Dünya Kubokunda qalib və mükafatçılar müəyyənləşəcək

1 dəq
Paylaş:
Bu gün Dünya Kubokunda qalib və mükafatçılar müəyyənləşəcək
turnirin qalibi tay-brekdə bəlli olacaq. Finalda hindistanlı Rameşbabu Praqqnanandha beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen ilə qarşılaşacaq....

Bakıda keçirilən şahmat üzrə 10-cu Dünya Kubokunda bu gün qalib və mükafatçılar müəyyənləşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turnirin qalibi tay-brekdə bəlli olacaq.

Finalda hindistanlı Rameşbabu Praqqnanandha beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Bundan əvvəl keçirilən 2 klassik qarşılaşmada heç-heçə qeydə alınıb.

Bürünc medal qarşılaşmasında isə Azərbaycan təmsilçisi Nicat Abasov Fabiano Karuana ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər