Operativ Məlumat Mərkəzi

Bu gün Avropa Oyunlarının açılışı olacaq

1 dəq
Paylaş:
Bu gün Avropa Oyunlarının açılışı olacaq

Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbir Krakov şəhərində yerləşən “Henrik Reyman” stadionunda baş tutacaq.

Eyni zamanda, 7 növdə idmançılar mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.

Bu gün, həmçinin, padel yarışları da start götürəcək. Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena - Culia Sussarello cütünə qarşı çıxış edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər