Bu gecə Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bu gecə Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
26.10.2024 10:13
Aa
dəq

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək Bakıda bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsidir.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.

Həftənin ən çox oxunanları