Bu çörəyin qiyməti ucuzlaşdı

Bu çörəyin qiyməti ucuzlaşdı
13.03.2023 16:34
Aa
dəq

Bir sıra ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Əvvəllər 70 qəpiyə satılan 620-630 qramlıq Xırdalan zavod çörəyinin qiyməti indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi Teleqraf.com-a açıqlamasında çörəyin strateji məhsul olduğunu bildirib.

“Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə çalışırıq.

Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.

Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu