Operativ Məlumat Mərkəzi

Britaniyada yalan xəbər yayan qadın həbs olunub

2 dəq
Paylaş:
Britaniyada yalan xəbər yayan qadın həbs olunub
“SkyNews” qadının 55 yaşlı Çester şəhəri sakini olduğunu bildirib. O, Britaniyada irqçi, millətçi zəmində baş verən iğtişaşları körükləyənlərdən biri...

Böyük Britaniyada sosial mediada dəqiq olmayan məlumat yayan şəxslərə xəbərdarlıq edilib, dezinformasiya yayan bir qadın həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “SkyNews” qadının 55 yaşlı Çester şəhəri sakini olduğunu bildirib.

O, Britaniyada irqçi, millətçi zəmində baş verən iğtişaşları körükləyənlərdən biri hesab olunur. Polis qadının adını gizli saxlayır.

Bidlirilir ki, o, cəmiyyət arasında irqi zəmində nifrət yaymağa çalışıb.

İğtişaşlarla əlaqədar, ümumilikdə, 500-dən çox şəxs həbs olunub. İğtişaşlar Sautportda müsəlman mühacir olduğu iddia edilən 17 yaşlı yeniyetmənin 3 uşağı öldürməsində sonra başlayıb. Aksiyalar qisa müddət ərzində geniş vüstə alıb və qarşıdurmalarla müşahidə olunur. Gərginlik sosial mediada azad söz və onlayn kommunikasiyanın qanuni icrası məsələləri ilə bağlı narahatlıq yaradıb.

Britaniya rəhbərliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıqla bildirib ki, istifadəçilər informasiyanı onun doğruluğuna əmin olduqdan sonra paylaşa bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər