Əsas məzmuna keç

Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə...

Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə...

“Clade 1b” kimi tanınan ştam ötən il Konqo Demokratik Respublikasında peyda olub.  Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki,...

Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştamının potensial yayılması hallarına hazırlaşırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Clade 1b” kimi ötən il Konqo Demokratik Respublikasında peyda olub.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma aşağı hesab edilsə də, Krallıqda ortaya biləcək hər hansı hal üçün hazırlıq görülür.

Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…