Əsas məzmuna keç

Britaniya səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini anıb

Britaniya səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini anıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini yad etmək üçün günü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri "X" hesabında yazıb.

"Münaqişə nəticəsində həyatını itirənlərin və yaralananların hamısını xatırlamaq üçün hər il anım mərasimi keçiririk. Böyük Britaniyanın Bakıdakı icması, diplomatik missiyaların və Müdafiə Nazirliyinin nümayəndələri bu mərasimdə iştirak edərək müharibə qurbanlarını iki dəqiqəlik sükutla yad ediblər", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…