Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşüb.
“Müxtəlif mövzular ətrafında səmərəli söhbət etdik. Beyin mərkəzləri və QHT-lər hər yerdə mənim kimi dövlət məmurlarını çətinə salmaqda və siyasətimizi gücləndirməkdə vacib rol oynayırlar”, - diplomat tviterdə yazıb.