Böyük Britaniya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatının qiyamını Rusiya hakimiyyətinin ən ciddi problemi kimi qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginlik açıq hərbi qarşıdurmaya çevrilib: “Mövcud möhranın nəticəsi Rusiya təhlükəsizlik qüvvələrinin, o cümlədən Rusiya Milli Qvardiyasının fəaliyyətinin nəticəsindən asılıdır”.