Operativ Məlumat Mərkəzi

Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə 500 min funt-sterlinq ayırıb

1 dəq
Paylaş:
Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə 500 min funt-sterlinq ayırıb
bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib. Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və...

Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.

Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər