Operativ Məlumat Mərkəzi

BRİKS Azərbaycan üçün cəlbedici bir platformadır - RƏY

3 dəq
Paylaş:
BRİKS Azərbaycan üçün cəlbedici bir platformadır - RƏY
BRİKS təşkilatı dünyanın böyük ərazilərinə və maliyyə qaynaqlarına, yeraltı və yerüstü sərvətlərinə malik ölkələri bir yerə toplanması ilə günü-gündən öz...

BRİKS təşkilatı dünyanın böyük ərazilərinə və maliyyə qaynaqlarına, yeraltı və yerüstü sərvətlərinə malik ölkələri bir yerə toplanması ilə günü-gündən öz nüfuzunu artıtmaqdadır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Azərbaycan Respublikası millət vəkili Vüqar İskəndərov bildirib.

“BRİKS dünyanın ən böyük ərazisi olan ölkələrin, dünyanın 50%-ə yaxın iqtisadiyyatının birləşməsi deməkdir. Üzv ölkələri əsas da iqtisadi sahədə koordinasiya şəklində və qarşılıqlı faydalı şəkildə münasibətləri, gələcək inkişafları bu təşkilatın cəlbediciliyini artırmaqdadır. Burada ölkəmizin də bu təşkilata maraq göstərməsi və cənab prezidentin BRİKS+ sammitində Rusiyanın Kazan şəhərində bu tədbirdə iştirakı, artıq Azərbaycanın da bu təşkilata marağını və onu daha da zənginləşdirəcəyinə heç kimin şübhəsi yoxdur”.

Vüqar İskəndərov - TurkicWorld

Millət vəkili düşünür ki, BRİKS də bizim üçün cəlbedici bir platformadır. Azərbaycan da BRİKS-ə vacib olan ölkələrdən biridir. Ən əvvəla ölkəmizin yerləşdiyi coğrafi ərazi, Azərbaycanın dünyada artan önəmi və ölkəmizin milli maraqlara söykənən siyasəti onu deməyə diktə edir ki, harada bizə məqbul, uyğun təşkilatlar varsa, burada üzv olmağımız, iştirakçılığımız, bizim seçimimizdir və bu tam doğru seçimdir. Azərbaycan BRİKS-də hansı formatda olsa, üzv kimi bu təşkilatın daha da rəngarəngliyinin, önəminin artacağı şübhəsizdir.

“Dünyada yeni düzən formalaşır, yeni siyasi konfiqurasiya sürətlə dəyişir və təbii olaraq, hər bir ölkə özünün milli çıxarlarını və dövlət maraqlarını rəhbər tutur. Təşkilatlarda, qurumlarda hər hansı bir özünə məqbul saydığı platformalarda iştirak etməsi, onun strateji maraqlarına uyğun olur və bu fonda Azərbaycanın da Kazanda təşkil ediləcək BRİKS sammitində cənab prezidentin iştirakı orada ikitərəfli və çoxtərəfli görüşlərdə iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmiz milli maraqlarına uyğun siyasət həyata keçirir və burada üzv olan ölkələrlə faydalı, qarşılıqlı şəkildə münasibətlərin inkişafında maraqlıdır.”,- deyə V.İskəndərov qeyd edib.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər