Əsas məzmuna keç

Brent neftinin qiyməti son bir həftədə ilk dəfə 69 dollar həddindən aşağı düşdü

Brent neftinin qiyməti son bir həftədə ilk dəfə 69 dollar həddindən aşağı düşdü

Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin oktyabr fyuçerslərinin qiyməti 28 iyul 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 69 dollar...

Beynəlxalq bazarlarda neftin qiyməti ucuzlaşmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında markalı neftin 2025-ci ilin oktyabr fyuçerslərinin qiyməti 28 iyul 2025-ci ildən bəri ilk dəfə bir üçün 69 dollar həddindən aşağı düşüb.

Birja göstəricilərinə əsasən, Brent markalı neftin bir barelinin qiyməti 0,46% 68,98 dollar təşkil edib.

Daha sonra qiymət enişi sürətlənib və Brent fyuçersləri bir barel üçün 68,75 dollara (-0,79%) ticarət olunub.

Eyni vaxtda, WTI markalı xam neftin sentyabr fyuçersləri də ucuzlaşıb. Qiymət 1,28% azalaraq bir barel üçün 66,36 dollar səviyyəsinə düşüb.

Qeyd edək ki, qiymətlərin aşağı düşməsinə təsir edən amillər sırasında qlobal tələbatın zəifləməsi, ABŞ-da ehtiyat səviyyələrinin dəyişməsi və iqtisadiyyatına dair mənfi proqnozlar əsas rol oynayır.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…