Braziliyanın xarici işlər naziri Mauro Vieyra BRİKS sammitində iştirak etmək üçün Kazana gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın beynəlxalq forumda iştirak edə bilməməsi səbəbindən BRİKS sammitində Braziliya nümayəndə heyətinə Vieira başçılıq edir.
Lula da Silva yıxılaraq xəsarət alıb. Həkimlərin dediyinə görə, prezidentin vəziyyəti yaxşıdır. Braziliya prezidenti zədəsi səbəbindən Kazanda keçiriləcək BRİKS sammitində onlayn iştirak edəcək.