Operativ Məlumat Mərkəzi

Xətai rayonu ərazisində marketdə silahlı atışma olub - YENİLƏNİB

3 dəq
Paylaş:
Xətai rayonu ərazisində marketdə silahlı atışma olub - YENİLƏNİB
Xətai rayonundakı supermarketdə silahlı insident: 1 nəfər həlak oldu. DİN və TƏBİB açıqlama verdi.

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

13:23 ***

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

Supermarketdə ölən və xəsarət alanların adları məlum olub

13:20 ***

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.

13:07***

Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”, - deyə məlumatda bildirilir.

12:48***

Bakıda hipermarketdə atışma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı iki nəfər güllələnib.Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər