“Böyük Köç”də təhlükəsizlik məsələləri - ŞƏRH

“Böyük Köç”də təhlükəsizlik məsələləri - ŞƏRH
27.11.2023 12:50
Aa
dəq

Məlum məsələdir ki, “Böyük Köç”ün qarşısını alan ən ciddi amillərdən biri minalardan təmizlənmə məsələsidir. Azərbaycan öz gücüylə minalardan təmizlənmə prosesini həyata keçirir. Bu gün də əsas məsələ böyük elektrik enerjisi keçən, eyni zamanda avtomobil yolları və digər kommunikasiyaların keçdiyi ərazilərin minalardan təmizlənməsi və ən mühüm məsələ də insanların köçdüyü yerlərdə həmin mənzillərin, ərazilərin minalardan təmizlənməsidir. Sonradan artıq əkin, biçin və digər sahələrin təmizlənməsi prosesi həyata keçiriləcəkdir. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Arzu Nağıyev bildirib.

Təbii ki, bu hər dəfə mina təhlükəsizliyinin olması məsələsini qabardaraq bu haqda həm əhaliyə, həm orada işləyən vətəndaşlarımıza, xidmət keçən bütün öz peşəsini həyata keçirən şəxslərə izah olunur. 

Ən ciddi məsələlərdən biri, əhaliyə olan təhlükəsizlik təhdidi qarşısının alınmasıdır. Bu hər cürə terror, digər hadisələrin qarşısını almaq üçün orada hüquq mühafizə orqanlarının, eyni zamanda komanda tipli hərbi birləşmələrimizin işi ən yüksək səviyyədə qurulur. 

Düşünürəm ki, “Böyük Köç” dövlət proqramına uyğun olaraq həyata keçiriləcəkdir. Əsas məqsədimiz suverenlik, ərazi bütövlüyümüz və hər bir Azərbaycan vətəndaşının rifahı ilə bağlı istiqamətdə də ciddi addımlar atılır.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu