Böyük Britaniyada donuz qripinə yoluxma aşkarlanıb

Böyük Britaniyada donuz qripinə yoluxma aşkarlanıb
28.11.2023 07:29
Aa
dəq

Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən xəbər verir ki, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, donuz qripi virusu, ümumiyyətlə, insanlara yoluxmasa da, bəzən donuzlarla birbaşa təmasda olan insanlar arasında infeksiya halları baş verir. Hətta insanlar arasında bir neçə yoluxma hadisəsi rəsmi şəkildə qeydə alınıb.

Bununla belə, UKHSA infeksiyanın mənbəyinin hələ də müəyyən edilmədiyini bildirib.

“Bu virusu ilk dəfə Böyük Britaniyadakı insanlarda aşkar etmişik, o, donuzlarda aşkar edilən viruslara çox oxşayır. Yaxın təmaslara nəzarət edilməsi və mümkün olan hər hansı yoluxmanın azaldılması üzərində iş aparırıq. Müəyyən edilmiş protokollara əsasən, həmin insanın necə yoluxduğunu öyrənmək və əlaqədar halların hələ də mövcud olub-olmadığını qiymətləndirmək üçün araşdırmaları davam etdiririk”, – deyə agentliyin direktoru Mira Çand bildirib.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu