Əsas məzmuna keç

Boşanma qaydası dəyişir: Yeni səlahiyyət

Boşanma qaydası dəyişir: Yeni səlahiyyət

Milli Məclisdə Mediasiya Şurasına ailə məsələləri üzrə rəy vermək təklif olundu. Fazil Mustafa bildirdi ki, bu, aliment təyinatına və sayına ciddi təsir edəcək.

en ru

Milli Məclisdə Mediasiya Şurasına boşanmalarla əlaqədar yeni verilməsi təklifi irəli sürülüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Mustafa parlamentin bugünkü iclasında Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, boşanmaq istəyən kişi və qadınların niyyəti ilə bağlı rəy verməlidir:

"Mediasiyanın verdiyi rəy alimentin təyinatı zamanı nəzərə alına bilər. Çünki Azərbaycanda boşanmaların vəziyyəti acınacaqlıdır.

Rəqəmlərə əsasən, demək olar ki, ölkədə evlənən hər 100 cütlükdən təxminən 56-sı bir il keçmədən boşanır.

Boşanmaların əksəriyyətində ailənin kişi mənsubu ittiham olunur. Bəzi hallarda boşanmanın niyyətindən qaynaqlandığı da iddia edilir.

Mediasiya tərəflərin boşanmaq səbəbi haqda rəy verərsə, alimentin təyinatı zamanı bunun nəzərə alınması boşanmaların sayına da təsir edə bilər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…