Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
27.06.2024 14:14
Aa
dəq

Bolqarıstanın Nazirlər Şurası Qara dənizin dibi ilə keçəcək Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin (“Black Sea Energy”) yaradılması layihəsinin həyata keçirilməsi üçün ölkənin birgə müəssisədə iştirakını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Nazirlər Şurası Bolqarıstanın Bakıdan Mərkəzi Avropaya “yaşıl enerji”nin tədarükünün nəzərdə tutulduğu "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib”, - diplomat yazıb.

O qeyd edib ki, 20 % payla Bolqarıstan inkişaf etmiş elektrik ötürücü sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqəsi, inkişaf etmiş enerji bazarı, bərpa olunan mənbələrə investisiya imkanları və “yaşıl enerji”yə artan tələbat sayəsində bu layihədə mühüm rol oynaya bilər.

Onun sözlərinə görə, Qara dəniz enerji dəhlizi təşəbbüsü Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin Qara dəniz kabeli vasitəsilə ötürülməsi üzrə strateji tərəfdaşlığa əsaslanır:

“Bu layihə regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, tədarüklərin şaxələndirilməsinə, Xəzər dənizi regionunda bərpa olunan enerji mənbələrindən enerji istehsalı potensialından istifadəyə və milli enerji balansında bərpa olunan enerji mənbələrindən enerjinin payının artırılmasına yönəlib”.

Həftənin ən çox oxunanları

Ağdamda yeni elektrik şəbəkəsi qurulur

Ağdamda yeni elektrik şəbəkəsi qurulur
DAVAMIN OXU davamın oxu

Azərbaycan qarğıdalı idxalını artırıb

Azərbaycan qarğıdalı idxalını artırıb
DAVAMIN OXU davamın oxu

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Xaçmaz və Bakının 3 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının bu rayonlarında qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov: “Albaniya Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq” - YENİLƏNİB

Pərviz Şahbazov: “Albaniya Azərbaycan qazı ilə təchiz edilən növbəti ölkə olacaq” - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu