"BMT TŞ-də təkcə erməni diplomatiyası deyil, eyni zamanda erməni "liderləri" darmadağın edildi" - Deputat

"BMT TŞ-də təkcə erməni diplomatiyası deyil, eyni zamanda erməni "liderləri" darmadağın edildi" - Deputat
17.08.2023 20:15
Aa
dəq

"Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Ermənistanın yenə də təxribat xarakterli müraciətinə, saxta bilgiləndirmə kampaniyasına Azərbaycan dipomatiyası zərbə vurdu".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, ölkə prezidenti 44 Günlük Vətən Müharibəsində həm savaş meydanında, həm də informasiya cəbhəsində dünya erməniliyinə qarşı mübarizə aparıb.

"Bizim 44 Günlük Vətən Müharibəsindən bu günə qədər də mübarizəmiz davam edir. Möhtərəm Prezidentimiz 3 ilə yaxındır ki, informasiya məkanında çox güclü hücum mövqeyində olan ermənilərə qarşı mübarizə aparır və ifşa edir. Təkcə Ermənistana qarşı deyil, həmçinin Ermənistanı dəstəkləyən, yəni təcavüzkar işğalçı dövləti dəstəkləyən, dünya ictimaiyətini çaşdıran Fransanın prezidenti Makron kimi, ermənipərəst dəstəkçilərini ifşa etdi. Hesab edirəm ki, bundan sonra əgər Ermənistanın istər radikal milliyətçiləri olsun, revanşistlər olsun, istər hazırda Ermənistanda hakimiyyətdə olan rəsmilər anlamalıdırlar ki, Azərbaycana qarşı heç bir plan keçmir. Azərbaycana qarşı qurulmuş hər bir plan darmadağın olunur”.

Deputat bildirib ki, BMT TŞ-də təkcə eməni diplomatiyası məğlub olmadı, eyni zamanda erməni xalqının dırnaqarası liderləri darmadağın edildi.

“Əgər onlar düşünsələr, bundan sonra Azərbaycan adına, Azərbaycana qarşı heç bir qərəzli, saxta informasiya yaymamalıdırlar Azərbaycan Prezident İlham Əliyevin simasında, onun uzaq görən müdrik diplomatiyasının nəticəsində dünyada böyük bir nüfuz qazanıb. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında Prezidentimiz 3 ildən artıq müddətdir ki, yüksək və ədalətli, uzaqgörən sədrlik edir. Qoşulmama Hərəkatı demək olar ki, əksəriyyəti Azərbaycandan, Azərbaycan xalqından, Azərbaycan xalqınının müzəffər lideri İlham Əliyevdən çox məmnundular. Ona görə istər müharibə dövründə, istərsə də, müharibədən sonrakı dövrdə Ermənistanın apardığı şantaj xarakterli informasiya hücumunu darmadağın etməyə nail ola bilirik və bundan sonra da bu xarici siyasət davam edəcəkdir”.

Məlahət İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev Avropada çox güclü nüfuza malikdir.

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu