Əsas məzmuna keç

BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb

BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb

BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in AFP-yə istinadən verdiyi...

sülhməramlılarının Respublikasından (KDR) çıxarılmasına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun naziri Kristof Lutundula Apala deyib.

Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir.

BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq.

Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. Yeni bölmələr hökumət qüvvələri ilə birlikdə Konqo ərazisində üsyançılarla döyüşlərdə iştirak edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…