Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 2023-cü ildə BMT-nin 188 əməkdaşının həyatını itirdiyini, onlardan 135-inin Qəzzada BMT-nin Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşları olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Quterreş, BMT-nin 78-ci Baş Assambleyasının sədri Dennis Frensis və BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədri Cənubi Koreyanın daimi nümayəndəsi Coonkook Hvanq ilə görüş zamanı qeyd edib.
Quterreş vurğulayıb ki, bu, BMT-nin yarandığı gündən bəri bir münaqişə və ya təbii fəlakət nəticəsində həlak olan ən yüksək personal sayıdır. Qeyd edib ki, bəzi UNRWA personalı evlərinin bombalanması nəticəsində ailələri ilə birlikdə həlak olub.
BMT: "2023-cü ildə həyatını itirən 188 hərbçidən 135-i Qəzzada həlak olub"
Quterreş, BMT-nin 78-ci Baş Assambleyasının sədri Dennis Frensis və BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədri Cənubi Koreyanın daimi nümayəndəsi...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Quterreş: ABŞ-İran münaqişəsi ciddi regional böhrana çevrilə bilər
Növbəti oxuyun
Antonio Quterreş: Süni intellekt təhlükəsizliyində geriləmə yarışına yol vermək olmaz
Növbəti xəbər yüklənir…