ABŞ dövlət katibi Antoni Blinken Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları fonunda Kiyevə “güclü etimad siqnalı” göndərmək üçün Ukraynaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Blinken Vaşinqtonun bütün cəbhələrdə davamlı dəstəyini vurğulamaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.