Operativ Məlumat Mərkəzi

Blinken “İran təhdidinə qarşı” İsrailə tam dəstək verir

2 dəq
Paylaş:
Blinken “İran təhdidinə qarşı” İsrailə tam dəstək verir

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallanta İran və onun regiondakı vəkillərinin təhdidlərinə qarşı onun yanında olduqları mesajını verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Blinken telefonla danışdığı Gallant ilə Qəzza böhranı və gündəmdəki digər məsələləri müzakirə edərkən bildirib.

Antoni Blinken Gallant-a deyib ki, onlar İsraili tam dəstəkləyirlər və “İran və onun regiondakı təşkilatlarının təhdidləri qarşısında” Təl-Əvivin yanındadırlar.

Davam edən Qəzza böhranı və məhbus razılaşmasını müzakirə edən ikili, İsrailin son günlərdə Qəzzaya daha çox girməsinə icazə verdiyi bildirilən humanitar yardım məsələsini də müzakirə edib.

Qəzzaya daha çox yardımın daxil olması lazım olduğunu qeyd edən Blinken, İsrail rəhbərliyini yardımların girişini sürətləndirməyə çağırıb.

Blinken İsraildən humanitar yardım və mülki itkilərin azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözlədiklərini də bildirib.

Ötən həftə İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan sonra İran və İsrailin qarşılıqlı açıqlamaları ilə bölgədəki gərginlik bir qədər də artıb.

Dünən verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden mümkün İran təhlükəsinə qarşı İsrailə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər