Operativ Məlumat Mərkəzi

Blinken İlham Əliyev və Paşinyanla müzakirələr aparıb

1 dəq
Paylaş:
Blinken İlham Əliyev və Paşinyanla müzakirələr aparıb

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh sazişinin imzalanması imkanını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TASS"a istinadən xəbər verir ki, bunu dövlət departamentinin sözçüsü Metyu Millerin yaydığı bəyanatda bildirib.

Blinken Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında davamlı və şərəfli sülh sazişi imzalamaq öhdəliyini alqışlayıb.

Bundan əlavə, Blinken İlham Əliyevlə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərini də müzakirə edib, əməkdaşlığın gücləndirilməsi imkanlarına toxunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər