"ABŞ Çini iqtisadi cəhətdən cilovlamağa çalışmır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.
ABŞ dövlət katibi bildirib ki, o, Pekinin ABŞ-ın Çininin iqtisadi inkişafına mane olmaq, bunu istəməmək kimi yanaşmasını dəyişdirməyə çalışır.
"Faklar bu fikir yalanlayır", - deyə o, artan ticarət dövriyyəsinə istinad edərək bildirb ki, bu da ABŞ-ın maraqlarına "çox uyğundur".
"Çinin geniş iqtisadi uğuru ABŞ-ın da xeyrinədir - lakin milli təhlükəsizliyimizi mühafizə etmək üçün müəyyən spesifik texnologiyalardan qorunmaq lazımdır", - Blinken əlavə edib.