“Birinci güzgüyə baxsınlar və öz adlarını heç kəsə qoymasınlar” - EKSPERT

“Birinci güzgüyə baxsınlar və öz adlarını heç kəsə qoymasınlar” - EKSPERT
31.03.2023 12:09
Aa
dəq

İran generalının və İranda nazir səviyyəsində olan bir şəxsin Azərbaycanı ittiham etməsi oxun yaydan çıxması deməkdir. Bu artıq vəziyyətin gərginləşməsi və pərdənin aradan götürülməsidir

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı isə artıq səbri tükənmiş və münasibətlərin kəskinləşməsini istəməyən Azərbaycan dövlətinin səbr kasasının İranla bağlı dolduğunun göstəricisidir. Çünki biz uzun müddətdir ki, İran tərəfindən Azərbaycana qarşı təhdidlərinin şahidiyik.

"İranın generalları, deputatları, müxtəlif siyasətçiləri və kütləvi informasiya vasitələri mediada Azərbaycana qarşı çirkin kampaniya aparıldığını və birbaşa Azərbaycanın sərhədlərini, torpaqlarını və ümumiyyətlə Azərbaycanın təhdid edildiyinin şahidi olmaqdayıq. Ancaq İran tərəfi başa düşməlidir ki, bu təhdidlər cavabsız qala bilməzdi. İran əgər Azərbaycanla təhdid tonunda danışmaq istəyirsə, bu təhdidin cavabı mütləq şəkildə olacaqdı".

Ekspert qeyd edib ki, əksinə İranın apardığı bugünkü siyasət yarıtmaz olduğu özünü göstərib. Çünki  Azərbaycan və İranı şiəçilik ilə bağlar birləşdirsə də, İran 1990-cı illərdən bu ilə qədər apardığı yarıtmaz siyasəti nəticəsində özünü Azərbaycan xalqından daha da uzaqlaşdırmağa müvəffəq oldu.

“Onun burda 5-10 adamının olması və dini pərdə altında İrana qulluq etməsi o demək deyil ki, burda kütləvi şəkildə İranmeyilli qüvvələr var və onlar sabah hakimiyyət dəyişikliyi etməklə dini hakimiyyət qura bilərlər. Bu İranın xülyasıdır. İranın doğrudan da belə bir məqsədi var. İran Azərbaycanda hakimiyyət dəyişikliyi və yaxud Azərbaycan dövlətçiliyinin süqutunu arzulayan bugünkü rejimdir. Rəisinin hakimiyyətə gəlməsindən sonra Abdullahyanla birlikdə əslində, onlar əlbəttə ki, SEPAH-ın əlində bir oyuncağa çevrilmişlər. 

Biz Azərbaycana qarşı qərəzi kəskinləşən mövqeyi şahidlik edirik. Məsələn, Ruhani və Zərifin dövründə biz bu tendensiyanı müşahidə etmirdik. Hazırda görünən odur ki, onlar Azərbaycanla kəskin siyasətin hətta gələcəkdə hərbi əməliyyatlarla bağlı düşüncələrə malik olduğunu görürük.

Azərbaycanda İŞİD ola bilməz yoxdur, çünki İŞİD-lə Azərbaycanın ideologiyası, dini baxışları üst-üstə düşmür. İkincisi Azərbaycan dövləti heç zaman öz ölkəsində terror qruplarını saxlamayıb, hər hansısa bir qruplara himayədarlıq etməyib. Əgər doğrudan da, İran tərəfi Azərbaycana terror qrupunu saxlamaqda ittiham edirsə, bu çox gülməlidir. Çünki İran hər kəsə məlumdur ki, terror qruplarını Livanda, Suriyada, İraqda,Yəməndə və digər ölkələrdə himayə edir. Həmin terror qrupları İran dövləti ilə birlikdə qaçaqmalçılıqdan və qanunsuz digər fəaliyyətlərdən əldə etdikləri gəlir hesabına yaşayırlar və əlbəttə ki, həmin ölkələrə, xalqlara, coğrafiyalara böyük təhdid rolunu oynayırlar.

Yaxşı olardı ki, birinci güzgüyə baxsınlar və öz adlarını heç kəsə qoymasınlar".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu