Ukrayna Silahlı Qüvvələrinin 119-cu Regional Müdafiə Briqadasının bir qrup əsgəri silahlarını yerə qoymaq istədiklərini bildirdikləri videomüraciət lentə alıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.
Rəsmi məlumatlara görə, 119-cu briqada Artemovsk istiqamətində döyüşlərdə iştirak edib, lakin 2023-cü ilin yazında sərhədyanı rayonlara çəkilib. 2023-cü ilin dekabrında sosial şəbəkələrdə bu briqadanın ordusundan müraciətlər görünməyə başlayıb.
Etirazlarda iddia olunur ki, Ukrayna əsgərləri son iki ildə davamlı hücumlardan yorulub.
"Silahlarımızı yerə qoymaq qərarına gəldik. Bu sizə həyatınızı və sağlamlığınızı xilas etmək şansı verir. Biz özümüzü satqın hesab etmirik", -deyə bəyanatda deyilir.