ABŞ-nin keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton, milyarder Ceffri Epşteynin fəaliyyəti ilə bağlı aparılan genişmiqyaslı araşdırmalar çərçivəsində Təmsilçilər Palatasında ifadə verməyi qəbul ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ABŞ Ədliyyə Nazirliyinin "Epstein" işi üzrə 3 milyondan çox sənədi ictimaiyyətə təqdim etməsindən sonra atılıb.
Klintonun mətbuat katibi Angel Urena sosial media hesabında verdiyi açıqlamada bildirib ki, cütlük istintaqla xoş niyyətlə əməkdaşlıq edir.
Məlumata görə, Bill və Hillari Klinton Konqresdə aparılan təhqiqatın bir hissəsi olaraq sualları cavablandıracaqlar.
Xatırladaq ki, dünya miqyasında böyük əks-səda doğuran "Epstein" qalmaqalı ilə bağlı yeni sənədlərin üzə çıxması bir çox nüfuzlu şəxsin adının yenidən gündəmə gəlməsinə səbəb olub. İstintaq prosesi çərçivəsində açıqlanan materiallar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.