Operativ Məlumat Mərkəzi

Biləsuvar-Bəhrəmtəpə yolunda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB

2 dəq
Paylaş:
Biləsuvar-Bəhrəmtəpə yolunda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB
qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb...

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Məlumata görə, “VAZ 2107”də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.

“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər