Bilal Çakıcı: "Şuşa türk dövlətlərinin birləşməsində böyük rol oynayacaq"

Bilal Çakıcı: "Şuşa türk dövlətlərinin birləşməsində böyük rol oynayacaq"
07.04.2023 11:25
Aa
dəq

“Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə, uzun illər işğal altında olan əraziləri, o cümlədən özünün mədəniyyət paytaxtını - Şuşa şəhərini azad etdi. Bu il Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.

“Şuşa türk dövlətlərinin birləşməsində çox böyük rol oynayacaq”, - o bildirib.

B.Çakıcının sözlərinə görə, türk irsinin qorunub saxlanmasına daha çox vaxt və güc sərf etmək lazımdır. “Biz ümumi dəyərlərimizi qorumaq və təbliğ etmək üçün səy göstərməliyik”, - Baş katibin müavini əlavə edib.

“Bu il TÜRKSOY-un yaradılmasının 30-cu ili tamam olur. Bu əlamətdar hadisənin UNESCO səviyyəsində qeyd edilməsi planlaşdırılır. Bu beynəlxalq təşkilat çərçivəsində dekabrın 15-i Türk Dili Günü elan ediləcək. TÜRKSOY UNESCO-nun milli komissiyaları ilə sıx əlaqə saxlayır”, - o deyib.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu