Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bibiheybət və Zığda sürüşmə sahələri aktivləşib - YENİLƏNİB

2 dəq
Paylaş:
Bibiheybət və Zığda sürüşmə sahələri aktivləşib - YENİLƏNİB

Bakının yolunda sürüşmə sahəsi son günlər yağan intensiv yağıntılar nəticəsində aktivləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, eyni zamanda, Xətai rayonunun ZığSəbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində də mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb:

"Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir".

Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.

***

Paytaxt Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar NazirliyiDaxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, aramsız yağan nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda hərəkət müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sürücülərdən olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax