Operativ Məlumat Mərkəzi

Bəzi rayonlara yağış, Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi rayonlara yağış, Daşkəsənə qar yağır - FAKTİKİ HAVA
Martın 7-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya...

Martın 7-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.

Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər