Livandakı partlayışda yaralananların sayı 2 min nəfərə çatıb - YENİLƏNİB-4

Livandakı partlayışda yaralananların sayı 2 min nəfərə çatıb - YENİLƏNİB-4
17.09.2024 20:31
Aa
dəq

Livanda daşınan rabitə vasitələrinin partlaması nəticəsində azı 8 nəfər ölüb, 2,8 minə yaxın insan yaralanıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Firas Abyad məlumat verib.

“Hizbullah” hərəkatının teleqram kanalında verdiyi açıqlamada bildirilir ki, rabitə cihazlarının partlamasının səbəblərinın müəyyənləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparılır.

***

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yaralananların sayı 2 min nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, xəsarət alanlar arasında yüksək rütbəli hərbçilər də var.

Qeyd olunub ki, xilasetmə qüvvələri hələ də Livanın hər yerindən qurbanları təxliyə edir.

İranın Livandakı səfiri rabitə qurğusunun partlamasından sonra yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.

***

Beyrutdakı partlayışda İran səfiri yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Xəbərə görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.

Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Bu bardə “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb. Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

Həftənin ən çox oxunanları

İsrail ABŞ-a Livana qarşı əməliyyatla bağlı xəbərdarlıq edib

İsrail ABŞ-a Livana qarşı əməliyyatla bağlı xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb

Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb
DAVAMIN OXU davamın oxu

Zelenski Harris və Trampla görüşəcək

Zelenski Harris və Trampla görüşəcək
DAVAMIN OXU davamın oxu

Myanmada qasırğa nəticəsində 268 nəfər ölüb, 88 insan itkin düşüb

Myanmada qasırğa nəticəsində 268 nəfər ölüb, 88 insan itkin düşüb
DAVAMIN OXU davamın oxu

ABŞ Livanda Hizbullah radiostansiyalarının bombalanmasında İsrailin əli olduğunu iddia edir

ABŞ Livanda Hizbullah radiostansiyalarının bombalanmasında İsrailin əli olduğunu iddia edir
DAVAMIN OXU davamın oxu