Əsas məzmuna keç

Beynəlxalq turnirə qatılacaq Azərbaycan gimnastları bəlli olub

Beynəlxalq turnirə qatılacaq Azərbaycan gimnastları bəlli olub

Aprelin 29-da Portuqaliyanın Portimao şəhərində start götürəcək gimnastika üzrə beynəlxalq turnirə qatılacaq təmsilçiləri açıqlanıb.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli komandaların ümumilikdə 10 üzvü qüvvəsini sınayacaq.

Böyüklər arasında Alina Məmmədova və Kamilla Seyidzadə, gənclərdə isə Ağahüseynova və Nuray Əhmədzadə fərdi proqramda medallar uğrunda yarışacaqlar.

Turnirdə eləcə də Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası mübarizə aparacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…