Əsas məzmuna keç

Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda saxlanıldı

Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda saxlanıldı

Özbəkistan vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlxom Xurramoviçin və 1986-cı il təvəllüdlü Farxodcon Axrorconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…