Operativ Məlumat Mərkəzi

Beyləqanda bir ailənin 4 üzvünü güllələyən şəxsin məhkəməsi başlayıb

1 dəq
Paylaş:
Beyləqanda bir ailənin 4 üzvünü güllələyən şəxsin məhkəməsi başlayıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib....

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi kimi qətlə yetirilən ailənin iki oğlu tanınıb. Onlar hadisə qeydə alınan vaxt Bakıda olublar.

İş üzrə baxış iclası aprelin 12-ə təyin edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qətlə yetirilən şəxslərlə uzun illərdir aralarında ədavət olduğunu deyib. Fuad Cəlilzadə verilmiş ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər