Operativ Məlumat Mərkəzi

“Beşiktaş” səfərdə “Lion”dan üstün oldu

1 dəq
Paylaş:
“Beşiktaş” səfərdə “Lion”dan üstün oldu
"Groupama" stadionunda oynanılan matçda İstanbul klubu qələbə qazanıb, 0:1. Matçın ilk hissəsi 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılaşmanın 71-ci...

UEFA Avropa Liqasının 3-cü həftəsində “Beşiktaş” səfərdə Fransanın “Lion” komandası ilə qarşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Groupama" stadionunda oynanılan matçda İstanbul klubu qələbə qazanıb, 0:1.

Matçın ilk hissəsi 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanın 71-ci dəqiqəsində sürətli hücumda Beşiktaş fərqlənib. Rafa Silvanın ötürməsində Gedson Fernandes topu qapıya vurub.

Qarşılaşmanın qalan hissəsində hesab üstünlüyünü qoruyub saxlaya bilən və 1:0 hesabı ilə qalib gələn "Beşiktaş" bu mövsüm Avropa Liqasında ilk qələbəsini qazanıb.

Bu qələbə ilə "Beşiktaş" xallarını 3-ə yüksəldib, "Lion" isə 6 xalda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər