Operativ Məlumat Mərkəzi

“Beşiktaş” “Real”ın keçmiş üzvü ilə əlaqə saxlayıb

1 dəq
Paylaş:
“Beşiktaş” “Real”ın keçmiş üzvü ilə əlaqə saxlayıb
kolumbiyalı futbolçunun yayda “Beşiktaş”a transfer olunmaq ehtimalı var. 31 yaşlı oyunçunun Yunanıstan klubu ilə sözləşməsi mövsümün sonunda başa...

“Olimpiakos”un yarımmüdafiəçisi Xames Rodriges karyerasını Türkiyədə davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun yayda “Beşiktaş”a transfer olunmaq ehtimalı var.

31 yaşlı oyunçunun Yunanıstan klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq. “Qara qartallar” mümkün transferlə bağlı futbolçu ilə əlaqə saxlayıb.

Xames cari mövsümdə “Olimpiakos”un heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən ilin yayında Yunanıstan təmsilçisinə keçib.

Yarımmüdafiəçi karyerası ərzində “Everton”, “Real”, “Bayern”, “Monako”, “Portu” kimi klublarda forma geyinib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər