Beş nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə hökm oxunub

Beş nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə hökm oxunub
16.06.2023 17:03
Aa
dəq

Bakıda beş nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Mahmud Əzizova hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu